Qanunsuz erməni silahlı dəstələrinin Şuşa və Xocavənddə təminat yolu çəkməsinin qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Şuşa və Xocavənddə təminat yolu çəkməsinin qarşısı alınıb

Bakı. TurkicWorld:

Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında mühəndis texnikası cəlb etməklə Şuşa və Xocavənd rayonları istiqamətində döyüş mövqelərinə təminat yolunun çəkilməsi məqsədilə torpaq yolda genişləndirmə və təmir-bərpa işləri görməyə cəhd ediblər.

Bu barədə TurkicWorld-a Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.