Son dəqiqə

Prezident İlham Əliyev

Prezidenti İlham Əliyev Xorvatiya Prezidentini təbrik edib

BAKI,TurkicWorld

Prezident İlham Əliyev Xorvatiya Prezidenti Zoran Milanoviçə təbrik məktubu ünvanlayıb.

TurkicWorld xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Xorvatiya arasında dostluq və əməkdaşlıq münasibətləri xoş ənənələrə malikdir. İnanıram ki, konstruktiv dialoqumuzun davam etdirilməsi, ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsi və əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Mövzuya görə xəbərlər