Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib

BAKI. TurkicWorld:

Azərbaycan Prezidenti İlham Əliyev "X" sosial şəbəkə hesabında Vaşinqtonda baş verən atışma ilə bağlı paylaşım edib.

TurkicWorld xəbər verir ki, paylaşımda deyilir:

"Vaşinqtonda Ağ Ev müxbirləri assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı. Bu cür zorakılıq aktları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir.

Donald Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olduqlarına şadam. Onlara gələcəkdə də təhlükəsizlik və rifah arzulayıram."

Mövzuya görə xəbərlər