Son dəqiqə

Prezident İlham Əliyev

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Mövzuya görə xəbərlər