Son dəqiqə

Prezident İlham Əliyev

İlham Əliyev: Serbiyaya təbii qazın ixracının həcmini artıracağıq

Belqrad. TurkicWorld:

Energetika sahəsində bizim əlaqələrimiz indi çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl biz Serbiyaya təbii qazın ixracatına başlamışıq və bu gün qərara gəldik ki, ixracın həcmini artıracağıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib.

"İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq", - deyə dövlətimizin başçısı vurğulayıb.

Mövzuya görə xəbərlər