Son dəqiqə

Qırğızıstan Səudiyyə Ərəbistanı

Qırğızıstan XİN Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

Bakı,TurkicWorld

Qırğızıstanın xarici işlər nazirinin müavini Avazbek Ataxanov Səudiyyə Ərəbistanının Qırğızıstan Respublikasındakı səfiri İbrahim bin Radi Əl-Radi ilə görüşüb.

TurkicWorld xəbər verir ki, tərəflər Qırğızıstan-Səudiyyə əməkdaşlığının gündəliyinin cari məsələlərini, həmçinin ikitərəfli sazişlərin həyata keçirilməsində irəliləyişləri müzakirə ediblər.

Ataxanov iki ölkə arasında iqtisadi diplomatiya sahəsində əməkdaşlığın genişləndirilməsinin ölkələr arasında münasibətləri yeni səviyyəyə qaldırmağa imkan verəcəyinə əminliyini ifadə edib.

Bu kontekstdə o, bu il avqustun 27-də keçirilməsi planlaşdırılan Qırğızıstan-Səudiyyə İşgüzar Şurasının növbəti iclasının iki ölkənin iş adamları və investorları üçün qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün əlverişli platforma olacağına ümid etdiyini bildirib.

Səfir isə öz növbəsində iki ölkə arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Qırğızıstan-Səudiyyə Ərəbistanı münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsi üçün lazımi səyləri göstərəcəyini əmin edib.

Mövzuya görə xəbərlər