Bakı. TurkicWorld:
19-25 may tarixlərində Bişkekdə Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Qırğızıstan və Tacikistan hökumət nümayəndə heyətlərinin hüquqi məsələləri üzrə topoqrafik işçi qruplarının növbəti iclası keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata əsasən, tərəflər Qırğızıstan-Tacikistan dövlət sərhədi xəttinin qalan hissələrdə keçidinin təsviri ilə bağlı təkliflər mübadiləsi aparıblar.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.