Qırğızıstanda elektron pulların sınaq buraxılışı və mübadiləsinə başlanılıb

Qırğızıstanda elektron pulların sınaq buraxılışı və mübadiləsinə başlanılıb

Bakı, TurkicWorld

Qırğızıstan Milli Bankı elektron pulların sınaq buraxılışı və dəyişdirilməsini elan edib.

TurkicWorld xəbər verir ki, Qırğızıstan Respublikası Milli Bankının Ödəniş Sistemi Komitəsinin 15 aprel 2024-cü il tarixli qərarı ilə buraxılışların sınaqdan keçirilməsi üçün 2024-cü il aprelin 16-dan avqustun 28-dək xüsusi tənzimləmə rejiminin yaradılması qərara alınıb.

Qırğızıstan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq kommersiya bankları vasitəsilə (kassalarda və ya periferik cihazlarda) elektron pulların nağd pula və əksinə dəyişdirilməsinə, eləcə də elektron pullarla ödənişlərin hayata keçirilməsinə icazə verilib.