Japarov Qazaxıstana rəsmi səfər edəcək

Japarov Qazaxıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Japarov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı bildirib.

Dövlət başçıları Qazaxıstan-Qırğızıstan münasibətlərinin müxtəlif sahələrdə dinamik tərəqqisindən məmnun olduqlarını bildiriblər.

Həmçinin regional və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, daşqınlarla əlaqədar Qırğızıstan Qazaxıstana 300 ton humanitar yardım göndərib.

X: Lamanasadli01