Çin şirkəti Qırğızıstanda dron istehsalı zavodu tikəcək

Çin şirkəti Qırğızıstanda dron istehsalı zavodu tikəcək

Bakı. TurkicWorld:

Qırğızıstanın Naryn vilayətində dron istehsalı üçün zavod tikiləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Bişkekdə keçirilən biznes forum zamanı regional administrasiya ilə Çinin “Zhongtian Zhicontrol Technology Holding Co., Ltd.” şirkəti arasında saziş imzalanıb.

Məlumata əsasən, yaxın vaxtlarda zavodun tikintisinə başlanılacaq.

Layihə Naryn azad iqtisadi zonası ilə Kaşqar kompleksi arasında “İki ölkə, iki park” əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

X: Lamanasadli01