Qırğız Respublikasının parlament nümayəndə heyəti Macarıstana rəsmi səfər edəcək

Qırğız Respublikasının parlament nümayəndə heyəti Macarıstana rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev bu gün Macarıstana rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, rəsmi səfər çərçivəsində bir çox yüksək səviyyəli görüşlər keçiriləcək, ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq.

Parlament nümayəndə heyətinin tərkibinə Nurbek Sıdıqəliyev, deputatlar Vinera Raimbaçaeva, Çolpon Sultanbekova, Gülsarkan Kultaeva, Maksatbek Sarbagysev və Azamat Isirailov daxildir.

Aytac Süleymanova

Twitter: a_alieva_