Qazaxıstan-Qırğızıstan tərəfdaşlığının böyük gələcəyi var - Tokayev

Qazaxıstan-Qırğızıstan tərəfdaşlığının böyük gələcəyi var - Tokayev

Bakı. TurkicWorld:

Qazaxıstan-Qırğızıstan tərəfdaşlığının böyük gələcəyi var.

TurkicWorld xəbər verir ki, bu sözləri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Akordada Ali Dövlətlərarası Şuranın iclasında deyib.

"Görüş zamanı Qazaxıstan-Qırğızıstan əməkdaşlığının ən aktual məsələləri müzakirə olunacaq. Biz Qırğızıstan prezidenti ilə məhdud tərkibdə danışıqlar apardıq. Biz əlaqələrimizin genişləndirilməsinə sadiq olduğumuzu bir daha təsdiqlədik. Mən qəti şəkildə inanıram ki, zamanın sınağından çıxmış tərəfdaşlığımızın böyük gələcəyi var. Bu istiqamətdə birlik olaraq səfərbər olmalıyıq. Bu baxımdan hesab edirəm ki, Ali Dövlətlərarası Şuranın işi Qazaxıstan-Qırğızıstan münasibətlərinin inkişafına xüsusi təkan verəcək", - deyə o əlavə edib.

Qeyd edək ki, Qırğızıstan Respublikasının prezidenti Sadır Japarov Qazaxıstana rəsmi səfər edib.