Aİ dağıdıcı daşqınlarla bağlı Qazaxıstanla həmrəydir

Aİ dağıdıcı daşqınlarla bağlı Qazaxıstanla həmrəydir

Bakı. TurkicWorld:

Avropa İttifaqının nümayəndə heyəti dağıdıcı daşqınlardan sonra Qazaxıstanla həmrəy olduğunu bildirib.

TurkicWorld xəbər verir ki, daşqınlarla bağlı Avropa İttifaqının tam dəstəyi ilə Beynəlxalq Elm və Texnologiya Mərkəzi peyk şəkilləri və kosmik analitika təqdim etməklə Qazaxıstan hökumətinə dəstək verir.

Qeyd edək ki, Qazaxıstanda daşqınlar başlayandan 75 mindən çox insan xilas edilib. Müvəqqəti yerləşdirmə məntəqələrində 7 min 203 nəfər var, bunlarda 2 min 794-ü uşaqlardır. 7 milyon kubmetrdən çox ərimiş su boşaldılıb, 993 minə yaxın kisə döşənib.

X: Lamanasadli01