Qazaxıstan Mineralların Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Forumunda iştirak edəcək

Qazaxıstan Mineralların Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Forumunda iştirak edəcək

Bakı. TurkicWorld:

Qazaxıstan Belçikanın Leuven şəhərində Mineralların Təhlükəsizliyi üzrə Tərəfdaşlıq Forumunda iştirak edəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Komissiyası açıqlayıb.

Məlumata əsasən, forum yaşıl və rəqəmsal texnologiyalara qlobal keçid üçün əhəmiyyət kəsb edən kritik xammal sahəsində əməkdaşlıq üçün yeni platforma rolunu oynayacaq. Forumda təbii ehtiyatlarla zəngin ölkələr və bu resurslara yüksək tələbat olan ölkələr iştirak edəcək.

Bundan əlavə, güclü transatlantik əməkdaşlığın əlaməti olaraq, Avropa İttifaqı və ABŞ yeni foruma birgə rəhbərlik edəcəklər.

Forumda Qazaxıstan Respublikasının sənaye və tikinti naziri Kanat Şarlapaev və Qazaxıstanın Belçikadakı səfiri Marqulan Baymuxan iştirak edəcək.

X: Lamanasadli01