Qazaxıstan ilə Yaponiya arasında birbaşa uçuşlar bərpa ediləcək

Qazaxıstan ilə Yaponiya arasında birbaşa uçuşlar bərpa ediləcək

Bakı. TurkicWorld:

Qazaxıstan ilə Yaponiya arasında birbaşa uçuşlar bərpa ediləcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsinin sədri Saltanat Tompiyevanın Yaponiyanın Qazaxıstan Respublikasındakı səfiri Yamada Jun ilə görüşü zamanı məlumat verilib.

Görüş çərçivəsində tərəflər Qazaxıstan və Yaponiya arasında hava daşımalarının bərpasını müzakirə ediblər.

Tompiyeva bildirib ki, Qazaxıstan aviaşirkətləri 2025-ci ilin birinci yarısında iki ölkə arasında birbaşa uçuşlar açmağı nəzərdən keçirir.

Yamada Jun bununla bağlı hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib.

Görüşün sonunda tərəflər ölkələr arasında iqtisadi, ticarət və mədəni əməkdaşlığı genişləndirmək məqsədilə hava əlaqələrinin bərpası üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.