Bişkek, üçüncü Qırğızıstan-Finlandiya biznes forumuna ev sahibliyi edəcək

Bişkek, üçüncü Qırğızıstan-Finlandiya biznes forumuna ev sahibliyi edəcək

Bakı. TurkicWorld:

Bişkek, üçüncü Qırğızıstan-Finlandiya biznes forumuna ev sahibliyi edəcək.

TurkicWorld-un məlumatına görə, avqustun 28-də Bişkekdə üçüncü Qırğızıstan-Finlandiya biznes forumunun keçirilməsi planlaşdırılır.

Tədbirin məqsədi kənd təsərrüfatı, qida sənayesi, turizm, bərpaolunan enerji mənbələri, o cümlədən möhkəm enerji mənbələri kimi prioritet sektorlarda birgə investisiya layihələrinin gələcəkdə həyata keçirilməsi və birgə müəssisələrin yaradılmasını vurğulamaqla iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin qurulmasıdır.

Bundan əlavə, logistika, yerli mal və məhsulların Avropa İttifaqı ölkələrinə, o cümlədən Finlandiyaya ixracı müzakirə olunacaq.

Aytac Süleymanova

Twitter: a_alieva_