Türkiyədə zəlzələ 9 dəqiqədən çox davam edib

Türkiyədə zəlzələ 9 dəqiqədən çox davam edib

Bakı. TurkicWorld:

Türkiyədə baş verən zəlzələnin episentri Kahramanmaraşda olub.

TurkicWorld-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələ 9 dəqiqədən çox davam edib. Muradlı ərazisində başlanandan sonra İslamiyyədə davam edib. 8-15 kilometr dərinlikdə baş verib.

Ona görə də zəlzələdə 1760-dan çox bina dağılıb.