Azərbaycanın Azeri Light markalı neftinin qiyməti bir dollar bahalaşıb

Azərbaycanın Azeri Light markalı neftinin qiyməti bir dollar bahalaşıb

Bakı. TurkicWorld:

Martın 31-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,03 dollar bahalaşaraq 81,88 dollar olub.

TurkicWorld bu barədə ölkənin neft-qaz bazarındakı mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,25 dollar bahalaşaraq 79,79 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2,02 dollar bahalaşaraq 47,39 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti martın 31-də 1,06 dollar bahalaşaraq 79,06 dollar olub.