Azərbaycan Rusiya Gürcüstan Rumıniya neft neft məhsulları Gürcüstanın Milli Statistika İdarəsi

Gürcüstan Azərbaycandan neft məhsulu idxalını 13 faiz azaldıb

BAKI, TurkicWorld

Gürcüstan 2025-ci ilin yanvar–sentyabr ayları ərzində ümumilikdə 972 milyon ABŞ dolları dəyərində 1,3 milyon ton neft məhsulu idxal edib. Ölkə bu dövrdə Azərbaycandan 95,2 min ton (66 milyon dollar) yanacaq alıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilib ki, ümumi idxalın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz azalıb, həcmi isə 10 faiz artıb. Artımın əsas səbəbi kimi ilin birinci yarısında qlobal yanacaq qiymətlərinin ucuzlaşması göstərilir.

Hesabat dövründə Gürcüstan üçün əsas tədarükçü ölkə Rusiya olub -bu ölkədən 387 milyon dollar dəyərində 554,6 min ton yanacaq idxal edilib. Bununla belə, Rusiyadan gətirilən yanacağın dəyəri ötən illə müqayisədə 3,4 faiz azalıb.

İkinci yerdə Rumıniya qərarlaşıb: Gürcüstan bu ölkədən 183 milyon dollar dəyərində 242,4 min ton yanacaq alıb ki, bu da 68 faiz artım deməkdir. Bolqarıstandan idxal 13 faiz, Türkiyədən isə 27 faiz artıb.

Azərbaycandan gətirilən yanacağın həcmi isə 13 faiz azalıb.

Mövzuya görə xəbərlər