BAKI,TurkicWorld
Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", "Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,84 ABŞ dolları və ya 2,51% artaraq, 75,24 dollar/barel təşkil edib.
Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 76,02 dollar/barel, minimum isə 74,04 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 74,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,91 ABŞ dolları və ya 2,65% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 74,83 dollar/barel, minimum isə 73,18 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,94 ABŞ dolları və ya 3,4% artaraq 59,14 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 59,87 dollar/barel, minimum isə 58,04 dollar/barel olub.
Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 2,1 dollar və ya 3,01% bahalaşaraq, 71,82 dollar/barelə bərabər olub. Həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 72,63 dollar/barel, minimum isə 70,59 dollar/barel təşkil edib.
|
Neftin növü / tarix |
7.07.2025 |
8.07.2025 |
9.07.2025 |
10.07.2025 |
11.07.2025 |
Orta qiymət |
|
Azeri LT CIF |
$74,7 |
$75,49 |
$76,02 |
$74,4 |
$75,59 |
$75,24 |
|
Azeri Light FOB Ceyhan |
$73,46 |
$74,29 |
$74,83 |
$73,18 |
$74,37 |
$74,03 |
|
Urals (EX NOVO) |
$58,53 |
$59,33 |
$59,87 |
$58,04 |
$59,86 |
$59,14 |
|
Dated Brent |
$71,3 |
$72,05 |
$72,54 |
$70,59 |
$72,63 |
$71,82 |




