Son dəqiqə

Ceyhan limanı İtaliya neft hasilatı FOB CIF URALS Azeri Light neft məhsulları

Azərbaycan neftinin qiyməti 5 dollara yaxın ucuzlaşıb

Bakı, TurkicWorld

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,89 ABŞ dolları və ya 6,23% azalaraq, 73,49 dollar/barel təşkil edib.

Bu barədə TurkicWorld-ə neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 4,81 dollar və ya 6,27% ucuzlaşaraq 71,81 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,4 dollar və ya 8,7% artaraq, 56,6 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 4,9 dollar və ya 6,33% azalaraq 72,49 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Mövzuya görə xəbərlər