Azərbaycanın İtaliyaya ixrac etdiyin qazın həcmi açıqlanıb

Azərbaycanın İtaliyaya ixrac etdiyin qazın həcmi açıqlanıb

2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan İtaliyaya 3,047 milyard kubmetr təbii qaz ixrac edib.

TurkicWorld bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, bu müddət ərzində Azərbaycan qazının İtaliyaya ixracının həcmi 836 milyon dolları ötüb.

Ümumilikdə, hesabat dövründə Azərbaycan 13,242 milyard kubmetr qaz ixrac edib ki, bu da 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 47,21 faiz çoxdur. Bu müddət ərzində Azərbaycanın qaz ixracının həcmi 2,35 milyard dollardan (38 faiz artım) çox olub.