Son dəqiqə

Azeri Light

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Bakı. TurkicWorld:

Bu həftə Azeri Light CIF, Urals, Dated Brent və Azeri Light FOB markalı neftin orta qiymətləri qalxıb.

TurkicWorld məlumat verir ki, "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light CIF markalı neftin orta qiyməti ötən həftənin qiyməti ilə müqayisədə 6,7 dollar və ya 6 faiz bahalaşaraq 118,8 ABŞ dolları təşkil edib.

Məlumata görə, qeyd olunan xam neft markasının maksimal qiyməti həftə ərzində bir barel üçün 122.32 ABŞ dolları, minimal qiyməti isə 113.85 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 115.58 ABŞ dolları olub ki, bu da əvvəlki həftənin göstəricisindən 6.57 ABŞ dolları və ya 6 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət 119.02 ABŞ dolları, ən aşağı qiymət isə 110.75 ABŞ dolları təşkil edib.

Urals markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 10.24 ABŞ dolları və ya 12 faiz artaraq bir barel üçün 94.74 ABŞ dollarına çatıb. Həftə ərzində maksimal qiymət 98.32 ABŞ dolları, minimal qiymət isə 89.77 ABŞ dolları olub.

Dated Brent markalı neftin orta qiyməti bir barel üçün 118.79 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 9.1 ABŞ dolları və ya 8.3 faiz artım deməkdir. Həftə ərzində bir barrelin ən yüksək qiyməti 122.94 ABŞ dolları, ən aşağı qiyməti isə 113.79 ABŞ dolları olub.

Neft / tarix

27.04.2026

28.04.2026

29.04.2026

30.04.2026

01.05.2026

Orta qiymət

Azeri LT CIF

$113.85

$115.89

$122.32

$122.26

$119.68

$118.8

Azeri Light FOB Ceyhan

$110.75

$112.69

$119.02

$118.98

$116.46

$115.58

Urals (EX NOVO)

$89.77

$92.05

$98.32

$98.16

$95.42

$94.74

Dated Brent

$113.79

$116.42

$122.94

$122.86

$117.95

$118.79

Məlumata görə, qeyd olunan xam neft markasının maksimal qiyməti həftə ərzində bir barel üçün 122.32 ABŞ dolları, minimal qiyməti isə 113.85 ABŞ dolları təşkil edib.

Mövzuya görə xəbərlər