Son dəqiqə

Azeri Light

Azərbaycanın neft qiymətlərinin həftəlik İCMALI

Bakı.TurkicWorld:

Bu həftə "Azeri Light CIF", "Urals", "Dated Brent" və "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri azalıb.

TurkicWorld-un məlumatına görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən "Azeri Light CIF" markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 3,39 ABŞ dolları və ya 2,9 faiz azalaraq 112,1 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 113,97 ABŞ dolları, minimal qiyməti isə 110,51 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light" markalı neftin orta qiyməti bir barel üçün 109,01 ABŞ dolları təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 2,42 ABŞ dolları və ya 2,2 faiz aşağıdır. Həftə ərzində ən yüksək qiymət 110,78 ABŞ dolları, ən aşağı qiymət isə 107,39 ABŞ dolları olub.

"Urals" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,19 ABŞ dolları və ya 0,2 faiz azalaraq bir barel üçün 84,50 ABŞ dollarına düşüb. Həftə ərzində maksimal qiymət 87,81 ABŞ dolları, minimal qiymət isə 79,73 ABŞ dolları təşkil edib.

"Dated Brent" markalı neftin orta qiyməti 109,69 ABŞ dolları olub ki, bu da ötən həftə ilə müqayisədə 8,22 ABŞ dolları və ya 7 faiz aşağıdır. Həftə ərzində bir barel üzrə ən yüksək qiymət 112,31 ABŞ dolları, minimal qiymət isə 105,96 ABŞ dolları olub.

Neft /Tarix

20.04.2026

21.04.2026

22.04.2026

23.04.2026

24.04.2026

Orta qiymət

Azeri LT CIF

$110.51

$110.89

$113.11

$112.02

$113.97

$112.1

Azeri Light FOB Ceyhan

$107.39

$107.84

$110.09

$108.94

$110.78

$109.01

Urals (EX NOVO)

$79.73

$82.26

$86.39

$86.29

$87.81

$84.50

Dated Brent

$105.96

$107.69

$112.31

$110.94

$111.56

$109.69

Mövzuya görə xəbərlər