Son dəqiqə

Bakıda Cənub Qaz Dəhlizi üzrə 12-ci nazirlər toplantısı keçirilir Azərbaycan və Aİ-dən mühüm enerji addımı: Yaşıl Enerji Şurası toplanır 27 ölkə və 49 nəhəng şirkət Bakıda: Enerji təhlükəsizliyi masada Cənub Qaz Dəhlizində yeni mərhələ: Bakıdakı zirvədən nə gözlənilir? Yaşıl Enerji Layihələri və CQD: Nazirlər Bakıda strateji qərarlar qəbul edəcək Azərbaycan-Aİ Yaşıl Bağlantı: İnvestisiya imkanları müzakirə olunur

Bakı qlobal enerji mərkəzinə çevrilir: Cənub Qaz Dəhlizi və Yaşıl Enerji üzrə nazirlərin toplantısı keçiriləcək

BAKI, TurkicWorld

Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası keçiriləcək.

TurkicWorld xəbər verir ki, toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcək.
Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizində davamlı uğur və yeni inkişaf mərhələsi” və “Yaşıl Enerji Layihələri” üzrə plenar sessiyalarla davam edəcək.

Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya Dəyirmi Masası keçiriləcək.
Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının yekunlarına dair mətbuat konfransı keçiriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.