Türkiyə Rusiyadan tədarük olunan qazın 25%-ni rublla ödəyəcək

Türkiyə Rusiyadan tədarük olunan qazın 25%-ni rublla ödəyəcək

Bakı. TurkicWorld:

Türkiyə Rusiyadan aldığı təbii qazın 25 faizini rublla ödəyəcək.

TurkicWorld xəbər verir ki, bunu "Yeni Şafak" qəzetinə açıqlamasında Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

"Müvafiq saziş yaxın vaxtlarda qüvvəyə minəcək. Türkiyənin Rusiyadan qazı rublla alması xərcləri və dollardan asılılığı azaldacaq", - deyə nazir bildirib.

F.Dönməz həmçinin "Akkuyu" atom elektrik stansiyasının tikintisi ilə bağlı işləri sürətləndirmək planlarını açıqlayıb.

"Akkuyu" atom elektrik stansiyası ilə bağlı razılıq əldə olunub. Prezidentimiz, eləcə də nazirliyimiz tərəflərin konsensusa gəlməsi, yaranmış çətinliklərin aradan qaldırılması üçün çox səylər göstərib. Bir müddət sonra işlər sürətləndirilmiş templə davam edəcək. "Akkuyu" AES-in layihə qrafiki bizim üçün vacibdir. İlk bloku 2023-cü ildə istifadəyə verməliyik", - deyə nazir əlavə edib.