...

İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək - Nazir müavini

Energetika Digər xəbərlər 2 İyun 2022 11:38
TurkicWorld Daspina Hasanova
İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək - Nazir müavini

Bakı. TurkicWorld:

İtaliya Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirəcək.

TurkicWorld-un məlumatına görə, bunu İtaliyanın ekoloji keçid məsələləri üzrə nazir müavini Vanniya Qava Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Biz TAP-ın buraxılış gücünü 20 milyard kubmetrədək artırmaq istəyirik. Bu, Yunanıstana, İtaliyaya tədarükün təmin olunması baxımından vacib rol oynayacaq", - deyə o bildirib.

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizi ilə İtaliyaya qaz tədarükü 7,2 milyard kubmetrə çatıb. Təkcə bu ilin əvvəlindən əlavə 4 milyard kubmetr qaz idxal edilib.

Nazir müavini qeyd edib ki, indi tədarük həcmini 20 milyard kubmetrədək çatdırmaq planlaşdırılır.

"Enerji təhlükəsizliyi, enerji keçidi məsələləri İtaliyanın enerji siyasətində prioritetdir. Biz tərəfdaşlarımızla infrastrukturun inkişafı və tədarükün şaxələndirilməsi üzərində işləyəcəyəik", - V.Qava deyib.

Məqalədə:
Xəbərlər

Xəbər lenti