"Brent" markalı neftin qiyməti 71 dollardan aşağı düşüb

Bakı. TurkicWorld:

"Brent" markalı neftin Londonun "ICE" birjasında fevral fyuçerslərinin qiyməti 2024-cü il noyabrın 18-dən bəri ilk dəfə bir barel üçün 71 dollardan aşağı düşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə ticarət platformasından məlumat verilib.

Məlumata əsasən, "Brent" markalı neftin qiyməti 1,58 faiz azalaraq 70,95 dollar/barel təşkil edib.

Eyni zamanda, "WTI" markalı neftin yanvar fyuçerslərinin qiyməti 1,82 faiz azalaraq bir barel üçün 67,06 dollar olub.