SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı

SOCAR Avropaya nəql olunan qazın həcmini açıqladı

Trans Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb.

Bu barədə TurkicWorld-a SOCAR-dan məlumat verilib.

"Bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8.15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir.

Kəmər 2020-ci ilin dekabrında istifadəyə verilib.