bp və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında iki sənəd imzalanıb

bp və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında iki sənəd imzalanıb

Bakı. TurkicWorld:

Bu gün Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bp şirkəti arasında əməkdaşlığı təmin edəcək iki sənəd imzalanıb.

Sənədlərin imzalanması münasibətilə bu gün bp-nin ofisində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi heyət arasında görüş keçirilib.

Görüşdə imzalanan sənədlər bunlardır:

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və bp şirkəti arasında əməkdaşlıq haqqında protokol; “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP Eksploreyşn (Caspian Sea) Limited şirkəti arasında razılaşdırılmış mühafizə qaydaları” haqqında sənəd.

Daha sonra nümayəndə heyəti bp ofisində təhlükəsizlik nəzarət və idarəetmə sistemi və prosesləri ilə tanış olub. General-mayor Abbasov onlara təqdim olunmuş texnologiya və sistemləri yüksək qiymətləndirib.

Görüşdə həmçinin hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında geniş fikir mübadiləsi aparılıb.