Ölkəmiz postpandemiya dövründə sürətli inkişaf mərhələsindədir - Orxan Məmmədov

Ölkəmiz postpandemiya dövründə sürətli inkişaf mərhələsindədir - Orxan Məmmədov

Bakı. TurkicWorld:

Postpandemiya dövründə digər sahələr kimi, bu sahədə də canlanma açıq-aşkar hiss olunur. Müsbət tendensiya Azərbaycana gələn turistlərin sayında özünü göstərir: 2022-ci ildə Azərbaycanı ziyarət edən turist sayı 1 milyon 602,6 min nəfər olub. Buna görə də bu sahənin ciddi təsirlərə məruz qalmağına baxmayaraq kompleks şəkildə inkişafı, ölkə iqtisadiyyatı üçün vacib əhəmiyyət kəsb edir.

TurkicWorld-un məlumatına görə, bu barədə bu gün KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov "Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər" mövzusunda Bakıda keçirilən ictimai müzakirədə deyib.

O.Məmmədov bildirib ki, turizm sektorunun davamlı inkişafını təmin etmək üçün strateji, institutsional və maliyyələşmə mexanizmlərinin gücləndirilməsi "2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planının fəaliyyət istiqamətlərinə aid edilib.

"Ötən dövr ərzində qeyri-neft sektorunun prioritet sahələrindən olan turizm sahəsində görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm komplekslərinin rəqabətə davamlılığı yüksəldilib.

Hazırda dünya, eləcə də ölkəmiz, postpandemiya dövründə sürətli inkişaf mərhələsindədir. Xatırlatmaq istərdim ki, pandemiya dövründə ən çox zərər görən sahələrdən biri də turizm oldu. Belə ki, 2019-cu ildə ölkəmizə 3,2 milyon turist səfər etdiyi halda, bu rəqəm 2020-ci ildə 795 min, 2021-ci ildə 791,8 min nəfər təşkil etdi".