Yanvar-oktyabr aylarında İskenderun limanı 45 milyon tona yaxın yük qəbul edib (ÖZƏL)

Yanvar-oktyabr aylarında İskenderun limanı 45 milyon tona yaxın yük qəbul edib (ÖZƏL)

Ankara. TurkicWorld:

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İskenderun limanı 44 milyon 668 min 931 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 965 min 160 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 43 milyon 703 min 771 ton yük daşınıb.

“2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin İskenderun limanından 841 min 775 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 330 milyon 806 min 286 ton yük qəbul edib.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 23 milyon 763 min 641 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 307 milyon 42 min 645 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 66 milyon 999 min 239 ton transit yük daşınıb.