BAKI,TurkicWorld
Azərbaycan və Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Asiya İnfrastruktur İnvestisiya Bankının baş direktoru xanım Syaohon Yan ilə görüş keçirdik.
Görüş zamanı nəqliyyat sistemlərinin uzunmüddətli davamlılığı, çevikliyi və dayanıqlılığının təmin olunması üçün investisiya yanaşmalarını müzakirə etdik.
Bankla tərəfdaşlıq çərçivəsində layihələr üzrə əldə olunan maliyyələşmə, eləcə də yeni təşəbbüslər üzrə texniki və maliyyə imkanlarının araşdırılması və gələcək mərhələlərdə nəzərdə tutulan investisiya perspektivləri barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.







