Son dəqiqə

BOKT International ASC-nin istiqraz hərracı yekunlaşdı Bakı Fond Birjası: BOKT istiqrazları Standart Bazara qəbul edilmədi AZ2043021024 kodlu istiqrazların yerləşdirilməsi başa çatdı BOKT International istiqrazları listinq tələblərinə cavab vermədi BFB-də yeni istiqraz hərracı yekunlaşıb BOKT istiqrazlarının ticarət nəticələri açıqlanıb

BFB-də yeni istiqraz hərracı yekunlaşıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

TurkicWorld Bakı Fond Birjasına istinadən xəbər verir ki, qeyd olunan AZ2043021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın 3.19 bəndinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınmır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2043021024

İstiqrazların növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması

Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

18%

Minimal qiymət

100 (18.0000%) manat

Maksimal qiymət

100 (18.0000%) manat

Kəsmə qiyməti

100 (18.0000%) manat

Ortaçəkili qiyməti

100 (18.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi

1,000,000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)

1,016,300 manat

Hərracda iştirak edən investor sayı

Bölüşdürülmüş investor sayı

51

45

Sifariş sayı

51

Ödəmə Periodu

İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti

3 il

Anderrayter

“PAŞA Kapital İ.Ş.” QSC