Son dəqiqə

Quality & Document Management System (QDMS) platforması Kompleks qazma işləri tresti SOCAR-ın Kompleks Qazma İşləri Tresti SOCAR üzrə rəqəmsal keyfiyyət idarəetməsi yol xəritəsi

SOCAR qazma trestində yeni platformanı istifadəyə verib

BAKI,TurkicWorld

"Quality & Document Management System" (QDMS) platforması "Kompleks qazma işləri" trestində uğurla istifadəyə verilib.

Bu barədə TurkicWorld SOCAR-ın "Kompleks Qazma İşləri Tresti"nə istinadən xəbər verib.

Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyət idarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.

Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə idarə olunmasını təmin edir.

Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli şəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqi SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.