...

Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq (FOTO)

İqtisadiyyat Digər xəbərlər 28 May 2022 12:14
TurkicWorld Daspina Hasanova
Azərbaycan və Türkiyə birgə texnopark yaradacaq (FOTO)

Bakı. TurkicWorld:

Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində ölkəmizdə səfərdə olan Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşüb.

Nazirlikdən TurkicWorld-ə verilən məlumata görə, görüşdə festivalın keçirilməsinin əhəmiyyəti və hər iki ölkəyə töhfələri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan və Türkiyə arasında kosmik sənaye, müvafiq mütəxəssislərin hazırlanması üçün birgə mərkəzin yaradılması, kadr potensialının artırılması, o cümlədən elektron imzaların qarşılıqlı tanınması istiqamətində müzakirə keçirilib.

Görüş çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında birgə texnoparkın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Məqalədə:
Xəbərlər

Xəbər lenti