Türkiyə Türkmənistana tütün ixracını azaldıb

Türkiyə Türkmənistana tütün ixracını azaldıb

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Türkmənistana tütün ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 96,3 faiz azaldaraq 280 min dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Türkmənistana tütün ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 90 faiz azaldaraq 280 min dollara çatdırıb.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin tütün ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 226 min dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 52,4 min dollar məbləğində tütün ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 0,1 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 799 min dollar məbləğində tütün ixrac edib.