Ankarada "Zəngəzur iqtisadi dəhlizi: İmkanlar və risklər" mövzusu müzakirə edilib

Ankarada "Zəngəzur iqtisadi dəhlizi: İmkanlar və risklər" mövzusu müzakirə edilib

Bakı. TurkicWorld:

Türkiyənin paytaxtı Ankarada "ATA Platform" tərəfindən “Lodestar Ship Management” şirkətinin dəstəyi ilə "Zəngəzur iqtisadi dəhlizi: İmkanlar və risklər" mövzusunda iclas keçirilib.

TurkicWorld-un məlumatına görə, iclas zamanı beynəlxalq ticarətə böyük töhfə verməsi gözlənilən Zəngəzur dəhlizinin açılmasının regionun iqtisadi inkişafı baxımından vacibliyi vurğulanıb.

Bundan başqa, tədbir iştirakçıları Zəngəzur dəhlizinin Xəzər dənizini Aralıq dənizi ilə birləşdirmə potensialı və Türkiyənin gəmiçilik sektoruna təqdim etdiyi imkanlar nəzərdən keçirilib.

İclasın yekununda "ATA Platform" Azərbaycanın himayəsi altında regiondan iş adamları, mütəxəssis və səlahiyyətli şəxslərin iştirakı ilə "Zəngəzur İqtisadi Forumu"nun təşkil olunmasını tövsiyə edib.