Türkiyədən Rusiyaya hazır geyim ixracı azalıb (ÖZƏL)

Türkiyədən Rusiyaya hazır geyim ixracı azalıb (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyə 2022-ci ilin yanvar-aprel aylarında Rusiyaya hazır geyim ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz azaldaraq 91 milyon dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Aprel ayında Türkiyə Rusiyaya hazır geyim ixracatını 2021-ci ilin eyni ayı ilə müqayisədə 21,4 faiz azaldaraq 21,2 milyon dollar olub.

Qeyd edək ki , 2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 18,5 faiz artaraq 7,5 milyard dollara bərabər olub.

Bu ilin aprel ayında Türkiyə 2 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə 25,6 faiz çoxdur.

Son 12 ay ərzində (aprel 2021-aprel 2022) Türkiyə 21,4 milyard dollar məbləğində hazır geyim ixrac edib.