Son dəqiqə

Azərbaycan Moldova

Azərbaycan Moldova ilə dövlət əmlakının özəlləşdirilməsi sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

Bakı. TurkicWorld:

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Moldovanın Dövlət Əmlak Agentliyinin baş direktoru Roman Kojuxar ilə görüşüb.

TurkicWorld-ə bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat verilib

Bildirilib ki, görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə sahəsində tərəflərin təcrübə mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə olunub.

Mövzuya görə xəbərlər