Bakı, TurkicWorld
Rusiya və Ukrayna arasındakı müharibə Avrasiyada yükdaşımaları təxirə salmışdı.
TurkicWorld xəbər verir ki, bunu "Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransında Cümhuriyyət Xalq Partiyasının Türkiyə Böyük Millət Məclisindəki Qrupunun sədr müavini Murat Emir deyib.
O bildirib ki, bu, Cənubda da təchizat zəncirinə mane olmuşdu.
"Buna görə də Orta Dəhlizin - Tarixi İpək Yolunun canlandırılması böyük əhəmiyyətə malikdir. Bakı-Tblisi-Ceyhan dəmiryolu xətti daşımaların davamlı olmasına öz töhfəsini verir. Zəngəzur dəhlizinin açılması ilə bu fəaliyyət daha da əhəmiyyətli hal alacaq. - deyə Murat Emir vurğulayıb.