Bakı, TurkicWorld
2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin İrana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,6 faiz artaraq, 22 milyon 833 min 70 dollara bərabər olub.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin oktyabr ayında Türkiyə İrana 3 milyon 590 min 63 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 40,1 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,3 faiz azalaraq, 15,1 milyar dollara bərabər olub.
“Bu ilin oktyabr ayında Türkiyə 15 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 5,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 18 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.