Son dəqiqə

Türkiyə Ticarət nazirliyi

Türkiyədən Səudi Ərəbistana mebel ixracında cüzi çoxalma qeydə alınıb (ÖZƏL)

Bakı, TurkicWorld

2024-cü ilin yanvar – oktyabr aylarında Türkiyənin Səudi Ərəbistana mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz çoxalaraq, 115,2 milyon dollara bərabər olub.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin oktyabr ayında Türkiyə Səudi Ərəbistana 12,1 milyon dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 7,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin mebel ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz azalaraq, 6 milyon 517 min 460 dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 690 min 992 dollar məbləğində mebel ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2,2 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023-oktyabr 2024) Türkiyə 7 milyon 878 min 817 dollar məbləğində mebel ixrac edib.

Mövzuya görə xəbərlər