Son dəqiqə

COP29

"The Caspian House": Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması çərçivəsində Memorandum imzalanıb

Bakı, TurkicWorld

2024-cü il noyabrın 19-da COP29 çərçivəsində "The Caspian House": Xəzəryanı ölkələrin ekoloji təşkilatlarının platforması" adlı layihənin təqdimatı və Xəzəryanı 4 ölkə tərəfindən birgə protokolun imzalanması mərasimi keçirilib.

TurkicWorld xəbər verir ki, layihənin məqsədi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistanın qeyri-hökumət təşkilatlarının ekoloji birliyinin yaradılmasıdır.

Əməkdaşlıq barədə sənədi "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin sədri Şəlalə Həsənova, "Avrasiya Xalqlarının Assambleyası"nın baş katibinin müavini Stanislav Korolyov, "EkoForum-Qazaxıstan" İctimai Birliyinin sədri Svetlana Moqilyuk, "Tebiqi Kuvvat" İctimai Birliyinin rəhbəri Bərkəli Atayev imzalayıb.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi "COP29: beynəlxalq təşəbbüslər" adlı qrant müsabiqəsində qalib olan "İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İctimai Birliyinin layihəsi çərçivəsində keçirilib.

Mövzuya görə xəbərlər