Bakı, TurkicWorld
2024-cü ilin oktyabr ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 10 milyon 828 min 65 nəfər olub.
Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2023-cü ilin analoji dövrü ilə müqayisədə 5 faiz artaraq, 8 milyon 79 min 210 nəfər, beynəlxalq reyslər üzrə isə 16 faiz artaraq 2 milyon 748 min 855 nəfər təşkil edib.
2024-cü ilin oktyabr ayında hava limanının yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 105 min 802 ton təşkil edib. Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq, 65 min 20 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 10 faiz artaraq, 40 min 783 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2024-cü ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 6 faiz artaraq, 71 min 225 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 5 faiz artaraq ,52 min 246, beynəlxalq reyslər üzrə isə 12 faiz artaraq 18 min 979 olub.
Bu ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 177 milyon 135 min 729 nəfər, yük daşınması isə 3 milyon 712 min 255 ton təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 117 milyon 929 min 163 nəfər, yük daşınması isə 2 milyon 417 min 502 ton təşkil edib.