Bakı, TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin İrana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,1 faiz artaraq, 19,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld -ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə İrana 2,5 milyon dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 75,7 faiz çoxdur.” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz azalaraq, 13,6 milyar dollara bərabər olub.
“Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 5 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.