Bakı,TurkicWorld
2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz artaraq, 2 milyard 86 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin sentyabr ayında Türkiyə 250 milyon dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 2,1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024) Türkiyə 2 milyard 883 milyon dollar məbləğində xalça məhsulları ixrac edib.