Bakı, TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Gürcüstana dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz artaraq, 126,3 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Gürcüstana 18,6 məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 9,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin dəmir ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 8 milyard 245 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1,8 milyard dollar məbləğində dəmir ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 12 milyard 155 milyon dollar məbləğində dəmir ixrac edib.