Bakı. TurkicWorld
2024-cü ilin yanvar – avqust aylarında Türkiyənin Türkmənistana xalça məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz artaraq, 4,2 milyon dollara bərabər olub.
Bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin avqust ayında Türkiyə Türkmənistana 428 min dollar məbləğində xalça məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 47,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyənin xalça ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq, 1 milyard 836 milyon dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 231 milyon dollar məbləğində xalça ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 1 faiz azdır” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2023-avqust 2024) Türkiyə 2 milyard 888 milyon dollar məbləğində xalça ixrac edib.