Bakı, TurkicWorld
Bu ilin yanvar-avqust ayında Türkiyə limanlarından 21 milyon 785 min 438 ton inşaat materialları daşınıb.
Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazilikdən bildiriblər ki, daşınan yüklərin 1 milyon 202 min 572 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 20 milyon 582 min 866 tonu isə digər dövlətlərin bayraqları altında üzən gəmilərlə daşınıb.
“Bu ilin avqust ayında Türkiyə limanlarından tranzit olaraq 4 min 279 ton inşaat materialları daşınıb”- deyə nazirlikdən bildiriblər.
Qeyd edək ki, 2024-cü ilin avqust ayında Türkiyə limanlarının yük dövriyyərisi 31 milyon 474 min 554 ton olub.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə həyata keçirilən yük dövriyyəsi 2 milyon 462 min 885 ton təşkil edib.
“Türkiyə limanlarında digər ölkərin bayraqları altında gəmilərlə yük daşıma dövriyyəsi 29 milyon 11 min 669 ton olub”, – deyə nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin avqust ayında Türkiyə limanlarında transit yük daşıma dövriyyəsi 5 milyon 673 min 127 ton təşkil edib.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanları 267 milyon 808 min 760 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 19 milyon 918 min 491 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 247 milyon 890 min 269 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-avqust aylarında Türkiyə limanlarından 33 milyon 388 min 386 ton transit yük daşınıb.
Qeyd edək ki, bu ilin yanvar- avqust ayında Türkiyə limanları 40 min 846 gəmi qəbul edib.
Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 26 min 836, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 14 min 10 olub.